Modern.az

Əllə oynayan futbolçulara yeni cəza

Əllə oynayan futbolçulara yeni cəza

Dünya

18 Yanvar 2019, 23:42

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) martda təsadüfən əl ilə oynamağa görə cəzanın tətbiq olunması məsələsini müzakirə edəcək. Modern.az “Report”a istinadən xəbər verir ki, hazırkı qaydalara görə, hakimlər futbolçuların qəsdən əl ilə oynadıqlarını hesab etdikləri zamanı cərimə zərbəsi və penalti təyin etmək hüququna malikdirlər.

 

Digər hallarda qayda pozuntusu qeydə alınmır.

 

IFAB hücum zamanı təsadüfən əl ilə oyunu aradan qaldırmaq üçün qaydalara dəyişiklik etmək istəyir.

 

Qayda pozuntusu yalnız cərimə meydançasından kənarda qeydə alınacaq. Belə olan halda, penalti, əvvəlki kimi yalnız qəsdən əl ilə oynanıldığı zaman təyin olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı