Modern.az

Bənd uçqununda ölənlərin sayı 134-ə çatdı

Bənd uçqununda ölənlərin sayı 134-ə çatdı

4 Fevral 2019, 23:55

Braziliyada fəlakət qurbanlarının sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənub-şərqindəki Minas-Jerays ştatındakı dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb.

Məlumata görə, 120 cəsədin şəxsiyyəti müəyyənləşdirilib. Hadisə zamanı həmçinin daha 199 nəfər itkin düşüb.

 

Hakimiyyət orqanları qeyd ediblər ki, sağ qalanların tapılması şansı azdır. Hadisə zamanı dağ-mədən şirkətinin binası və yaşayış evləri dağılıb.

 

Daha əvvəl bildirilirdi ki, dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində 121 nəfər həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı