“Camaat ətTauhid əl-Vətəniyə” qruplaşması Şri-Lankadakı terror aktına görə məsuliyyəti öz üzərinə gpötürüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rəsmi hökumət nümayəndəsi Racita Senaratne açıqlama verib.
Senaratne qruplaşmanın tək yaxud qrup halında aksiyanı gerçəkləşdirdiyini açıqlamayıb.
Şri-Lankadakı terror aktı zamanı 290 nəfər ölüb, 500-dən artıq insan isə yaralanıb.