Modern.az

ABŞ Türkiyəni hədələdi

ABŞ Türkiyəni hədələdi

4 May 2019, 09:09

“Türkiyə S-400 zenit-raket komplekslərinin alınmasından imtina etməsə, ABŞ hakimiyyəti F-35 qırıcısının bir sıra detallarının istehsalını həmin ölkədən çıxarmalı olacaq”.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin vəzifələrini müvəqqəti icra edən Patrik Şanaxan deyib.

Onun sözlərinə görə, "Lockheed Martin" və "United Technologies" şirkətləri ilə Türkiyəsiz istehsalın mövcud variantları barədə müzakirə aparıb.

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması NATO-nu narahat edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi