Modern.az

Keçmiş spiker Gürcüstandakı aksiyaların təşkilatçısını açıqladı

Keçmiş spiker Gürcüstandakı aksiyaların təşkilatçısını açıqladı

25 İyun 2019, 10:59

Gürcüstan parlamentinin keçmiş spikeri və “Demokratik Hərəkat – Vahid Gürcüstan” partiyasının sədri Nino Burcanadze ölkədəki kütləvi aksiyalardan Mixail Saakaşvilinin dəstəklədiyi Qərbyönlü qüvvələrin yayarlandığını bildirib.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, xanım siyasətçi əsas səbəbkarın ABŞ olduğunu deyib.

“Rusiya və cənab Qavrilovun bu məsələdə rolu yoxdur. Əlbətdə, bu aksiyalar Amerika xüsusi xidmət orqanları tərəfindən qızışdırılır”.

 

Burcanadzenin fikrincə, Saakaşvili öz siyasi xəttini davam etdirmək üçün əlindən gələni edəcək.  

   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı