Albaniyada baş verən zəlzələdə ölü sayı artmaqda davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət rəsmisi Endri Fuqa zəlzələdə azı 6 nəfərin öldüyünü, 300-ə qədər insanın yaralandığını açıqlayıb.
Paytaxt Tirananın yaxınlığında baş verən 6,4 bal gücündə zəlzələ ən çox Durres şəhərinə zərər verib. Kavaya şəhərində 2 yaşayış binası çöküb, dağıntılar altında insanların olduğu xəbər verilir.
Zəlzələ ilə bağlı Türkiyə, İtaliya, Yunanıstan və s. ölkələr öz köməklərini təklif edib.