Modern.az

Suriyaya 900-dən çox qaçqın qayıdıb

Suriyaya 900-dən çox qaçqın qayıdıb

Dünya

15 Dekabr 2019, 14:28

Sutka ərzində 900-dən çox suriyalı qaçqın xarici ölkələrin ərazisindən Suriyaya qayıdıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

 

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 927 qaçqın geri dönüb. Belə ki, Livanın “Jaydet Yabus”, “Tell-Kalah” keçid məntəqələrindən ümumilikdə 398 nəfər (120 - qadın, 203 - uşaq) , İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 529 nəfər (qadın - 159, uşaq - 270) Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qəzadan sonra bir saat sağ qalan kim olub?