Sovet İttifaqının sonuncu marşalı Dmitri Yazov ölüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, SSRİ-nin sonuncu müdafiə naziri olmuş Yazov (1987-1991) 1990-cı il yanvarın 20-dəı Bakıya qoşun yeridilməsi barədə əmr imzalaması ilə şəhərdə 130-dan artıq vətəndaşın ölümünə rəvac vermişdi.
Bundan başqa, Yazov Marşal Böyük Vətən Müharibəsinin iştirakçılarından olub. O 97 yaşında ölüb.