ABŞ-ın İllinoys ştatında koronavirusdan 11 aylıq körpə vəfat edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu COVİD-19-la bağlı ABŞ-da qeydə alınan ilk ölüm faktıdır.
“Bundan əvvəl heç vaxt COVİD-19-a görə körpə ölümü qeydə alınmırdı. Hazırda ölüm səbəblərini müəyyən etmək üçün tammiqyaslı araşdırma aparılır”- deyə İllinoys ştatının səhiyyə departamentinin rəhbəri Nqozi Ezrike açıqlama verib.
Ştat ərazisində ölənlərin 85%-i 60 yaşdan yuxarı şəxslər olub. Hazırda İllinoys ştatı və mərkəzi Çikaqoda 3491 yoluxma və 47 ölüm faktı qeydə alınıb.