Modern.az

Dubayda dünyanın ən bahalı ayaqqabısı nümayiş etdirildi

Dubayda dünyanın ən bahalı ayaqqabısı nümayiş etdirildi

Dünya

24 May 2020, 12:14

Dubayda “BurjAlArab” otelində dünyanın 17 milyon dollar dəyərində ən bahalı ayaqqabısı nümayiş etdirilib.

 

Modern.az "CNN" telekanalına istinadla xəbər verir ki, “Passion Diamond” tuflisi xalis qızıldan hazırlanıb və hər cütü 15 karatlıq brilyantla bəzədilib. Eksklüziv ayaqqabı, ümumilikdə tuflinin haşiyəsində yerləşən 236 brilyantla işlənilib.

 

“Jada Dubai” şirkəti özünün sonuncu kolleksiyasından brilyant, yaqut, qızıl və mirvari ilə bəzədilmiş daha 3 cüt ayaqqabını nümayiş olunub. Yeni kolleksiyaya 25 min dollar dəyərində “Diamond Pearl Stilettos”, 27 min dollar dəyərində “Ruby Stilettos” və 17 min dollar dəyərində “DiamondandGoldStilettos” daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı