Modern.az

Ermənistan İsraildəki səfirini geri çağırdı

Ermənistan İsraildəki səfirini geri çağırdı

Dünya

1 Oktyabr 2020, 21:26

Ermənistan İsraildəki səfiri Armen Smbatyanı geri çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib. Rəsmi Yerevan İsrailin Azərbaycana silah satmasından narazı olduğu üçün bu addımı atıb.

Xatırladaq ki, Ermənistan bir ay əvvəl İsraildə səfirlik açdığını elan etmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı