Modern.az

İvanişvili: “Baş nazir postuna təsdiq olunacağam”

İvanişvili: “Baş nazir postuna təsdiq olunacağam”

Dünya

2 Oktyabr 2012, 11:46

“Gürcü arzusu” müxalifət koalisiyasının lideri Bidzna İvanişvili bildirib ki, Gürcüstan vətəndaşlığını bərpa etdikdən sonra baş nazir vəzifəsinə təsdiq olunacağına ümid edir.

Modern.az  bildirir ki, bu barədə o, “9-cu kanal”a müsahibəsində deyib.

“Bizim parlament seçkilərində qələbəmiz təsdiq olunduqdan sonra məhkəmələrimiz əsl məhkəməyə oxşayacaq. Ümid edirəm ki, mənim vətəndaşlığım qaytarılacaq və mən parlament tərəfindən baş nazir postuna təsdiq olunacağam”-deyə İvanişvili bildirib.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı