Modern.az

Üsyançılar 100-dən çox mülki şəxsi öldürüb

Üsyançılar 100-dən çox mülki şəxsi öldürüb

9 Sentyabr 2021, 08:42

Efiopiyanın Amhara bölgəsində Tiqray Xalq Qurtuluş Cəbhəsi 100-dən çox mülki şəxsi qətlə yetirib.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi yerli "Fana" radiostansiyası istinadən məlumat yayıb.

 

Üsyançıların uşaqlar və qocalar da daxil olmaqla 100-dən çox mülki şəxsi öldürdüyü bildirilib.

 

Qeyd edək ki, Tiqray əyalətini idarə edən üsyançılar 2020-ci ilin noyabrında Efiopiyanın şimalına hücum etdikdən sonra baş nazir Abiy Əhməd onlara qarşı hərbi hərəkat qərarı verib. Tərəflər arasında döyüşlər zamanı bir milyondan çox adam yerindən-yurdundan olub.

 

Qarşıdurmalar hələ də davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı