Kolumbiyanın Venesuela ilə sərhədində "Milli Qurtuluş Ordusu" adlı qiyamçı qruplaşma hərbçilərə hücum edib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Hücum nəticəsində Kolumbiya ordusunun 5 hərbçisi həlak olub. Silahlı hücum zamanı daha 6 hərbi qulluqçunun yaralandığı deyilir.
Ölkə rəsmiləri bildiriblər ki, hücum Venesuela ərazisindən həyata keçirilib.
Akif İsmayılov