Modern.az

Türkiyənin S-300 və S-400-ə ehtiyacı yoxdur 

Türkiyənin S-300 və S-400-ə ehtiyacı yoxdur 

Dünya

14 Mart 2023, 15:17

Türkiyənin “Aselsan” müdafiə şirkətinin rəhbəri Haluk Görgün ölkənin Rusiya istehsalı S-300 və S-400 zenit-raket komplekslərinə ehtiyac olmadığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Milliyet” qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Türkiyə özünün “Siper” adlı raketdən müdafiə sistemi üzərində işləyir.

 

“Biz hava hücumundan müdafiə sistemləri üzərində işləyirik. Bizə S-300 və ya S-400 lazım deyil. Biz onlara olan ehtiyacı qarşılayırıq. Bu, bizim borcumuzdur”, - Haluk Görgün deyib.

 

Xatırladaq ki, 2017-ci ildə Moskva və Ankara S-400-lərin tədarükü üçün müqavilə imzalayıb. Türkiyə bu sistemləri alan ilk NATO ölkəsi olub. ABŞ buna cavab olaraq Türkiyəni F-35 qırıcı proqramından çıxarıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov