Modern.az

Bakı və İrəvan Kişinyovda sülh sazişi imzalaya bilər

Bakı və İrəvan Kişinyovda sülh sazişi imzalaya bilər

26 May 2023, 14:07

Azərbaycan və Ermənistan arasında Moldovanın paytaxtı Kişinyov şəhərində sülh sazişi imzalana bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Frans Press" və "Reuters" agentlikləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən məlumat yayıb.

 

Belə ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti zamanı Bakı və İrəvan sülh sazişi imzalaya bilərlər.

 

"Bu, tarixi məqamdır və qaçırmaq olmaz", - səfir söyləyib.

 

Kremlin sözçüsü Dmitri Peskov da oxşar açıqlama verərək yaxın vaxtlarda iki ölkə arasında sülh müqaviləsinin imzalana biləcəyinə işarə edib, lakin dəqiq yer və tarix deməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!