Modern.az

Putin NATO-nu “elektroşok”la oyatdı - MAKRON

Putin NATO-nu “elektroşok”la oyatdı - MAKRON

1 İyun 2023, 08:05

4 il əvvəl NATO-nun "beyin ölümü" yaşadığını deyən Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibənin Alyans üçün "elektroşok" olduğunu bildirib. 

 

Modern.az xəbər verir ki, bu barədə o, Bratislavada keçirilən "Globsec" təhlükəsizlik forumunun sessiyasında danışıb.

 

Çıxışı zamanı Makron 2019-cu ildə səsləndirdiyi "beyin ölümü" ifadəsinə istinad edib və o vaxt NATO-da mövcud olan parçalanmalardan bəhs edib.

 

"Bu gün deyə bilərəm ki, Vladimir Putin NATO-nu elektroşok ilə oyatdı", - Fransa Prezidenti deyib.

 

Makron Amerikanın Ukraynaya yardımını yüksək qiymətləndirib və NATO Nizamnaməsinin V maddəsində nəzərdə tutulan qarşılıqlı müdafiə zəmanətinin “Rusiyanı nəzarətdə saxlamağa” xidmət etdiyini vurğulayıb.

 

Lakin o, xəbərdarlıq edib ki, prezident Co Baydenin Avropaya dost olan administrasiyası “əbədi olmayacaq”. 

 

“Hökumətdə kimin olmasından asılı olmayaraq, ABŞ Avropanın NATO-da daha çox məsuliyyəti bölüşməsini istəyir”, - Makron vurğulayıb.

 

"Biz gələcək illərdə kollektiv təhlükəsizliyimizi və sabitliyimizi amerikalı seçicilərin qərarına həvalə edə bilmərik", - o əlavə edib.

 

Fransa Prezidentinin sözlərinə görə, NATO-nun mərkəzində Avropa sütunu əvəzolunmazdır: "Çünki istəsək də, istəməsək də coğrafiyamız dəyişməyəcək, eyni yerdə yaşayacağıq və Rusiya eyni sərhəd və coğrafiyaya malik Rusiya olaraq qalacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov