Modern.az

Türkiyə Kosovaya qoşun göndərir

Türkiyə Kosovaya qoşun göndərir

Dünya

3 İyun 2023, 13:30

Türkiyə ordusunun hərbçiləri Kosovaya göndəriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Kosovanın şimalında baş verən hadisələrdən sonra NATO-nun tələbi ilə bölgəyə hərbçi göndərilməsi barədə qərar qəbul edilib.

 

Nazirlik Türkiyənin BMT, NATO, AB və ATƏT missiyaları, ikitərəfli əlaqələri çərçivəsində regional və qlobal sülh və sabitliyə töhfə verməyə davam etdiyini açıqlayıb.

 

"Türkiyə konstruktiv mövqe nümayiş etdirir və Kosovanın şimal hissəsində regional təhlükəsizliyə və sabitliyə zərər vuran son hadisələrin dialoq yolu ilə həlli üçün tərəfləri təmkinli olmağa çağırır", - açıqlamada deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı