Modern.az

Niderland şirkətləri Krım körpüsünün tikintisinə kömək edib

Niderland şirkətləri Krım körpüsünün tikintisinə kömək edib

13 Oktyabr 2023, 13:48

Dörd Niderland şirkəti Rusiyaya Krım körpüsünün tikintisinə kömək edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat yayıb.

 

Məlumata görə, Niderland prokurorları 2014-2017-ci illər arasında Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozduğuna görə dörd holland şirkəti və səkkiz nəfəri cərimələyib.

 

Qeyd olunur ki, 8 nəfər 20 saatdan 60 saata qədər ictimai işlərə məhkum edilib və şirkətlər ümumilikdə 160 min avro (169 min dollar) məbləğində cərimə ödəyiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov