Modern.az

Bakı və Tehran səfirlik mövzusunda razılığa gəldi - İran Agentliyi

Bakı və Tehran səfirlik mövzusunda razılığa gəldi - İran Agentliyi

Dünya

29 Mart 2024, 23:14

Azərbaycan və İran arasında müsbət razılaşmalar əldə olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Azərbaycanın İrandakı səfirliyi yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

 

“Gündəliyə iki ölkə nümayəndələri arasında diplomatik və rəsmi görüşlərin keçirilməsi də daxildir”, - mənbə əlavə edib.

 

Nəşrin mənbəsi İranın Azərbaycandakı hazırkı səfiri Seyid Abbas Musəvinin fəaliyyət müddətinin başa çatdığını və yeni səfir təyin olunduğunu yazıb. Lakin yeni səfirin kim olduğu açıqlanmayıb.

 

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?