Modern.az

Rusiya Normandiya ilə bağlı tədbirə rəsmi dəvət almayıb - Zaxarova (YENİLƏNİB)

Rusiya Normandiya ilə bağlı tədbirə rəsmi dəvət almayıb - Zaxarova (YENİLƏNİB)

Dünya

17 Aprel 2024, 09:57

"Rusiya Federasiyası diplomatik kanallar vasitəsilə Normandiyaya enişin ildönümünə dəvət almayıb".

 

Modern.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

 

***

16.04.2024 / 17:44

 

Rusiya iyunun 6-da II Dünya müharibəsinin gedişini dəyişdirən müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümünü qeyd etməyə rəsmən dəvət olunub.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilatçılar bildiriblər.

 

Dəvət vəsiqəsi Moskvanın Fransadakı diplomatik nümayəndəliyinə göndəriləcək.

 

Rusiya nümayəndə heyətinin iyunun 6-da mərasimdə iştirak edəcəyi gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!