Modern.az

Ukraynaya “Patriot” verilməsi prioritet məsələdir - Stoltenberq

Ukraynaya “Patriot” verilməsi prioritet məsələdir - Stoltenberq

Dünya

29 Aprel 2024, 20:59

Ukraynaya “Patriot” zenit batareyalarının tədarükü hazırda NATO üçün prioritet təşkil edir.

 

Modern.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə Kiyevə səfəri zamanı iştirak etdiyi mətbuat konfransında bildirib.

 

Yens Stoltenberq Ukraynadakı hava hücumundan müdafiə sistemlərinin təmirinin də vacib olduğunu vurğulayıb. O, həmçinin müttəfiqlərin Ukraynanın hava hücumundan müdafiə sistemlərini raketlə təchiz etməsini daha bir problem adlandırıb.

 

NATO-nun Baş katibi Kiyevə təkcə “Patriot” zenit-raket komplekslərinin deyil, həm də digər vasitələrin, o cümlədən NASAMS raket hücumundan müdafiə sistemlərinin lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, Ukraynada vacib infrastrukturun müdafiəsi üçün eşelonlu hava hücumundan müdafiə sistemi tələb olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi