Modern.az

Çində qasırğa - 5 ölü, 33 yaralı var

Çində qasırğa - 5 ölü, 33 yaralı var

Dünya

28 Aprel 2024, 11:08

Güclü qasırğa nəticəsində Çinin Quandun əyalətinin inzibati mərkəzi Quançjou şəhərində 5 nəfər ölüb, 33 nəfər yaralanıb.

 

Modern.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, aprelin 27-də yerli vaxtla saat 15:00-da qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20,6 metrə çatıb.

 

Qasırğanın nəticələrini aradan qaldırmaq üçün xilasedicilər və həkim briqadaları cəlb olunub. Dünən yerli vaxtla saat 22:00-da axtarış-xilasetmə əməliyyatları başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var