Modern.az

Ayaqqabı qutusunda 1 həftə ac-susuz qalan pişik 1600 kilometr "səyahət" edib

Ayaqqabı qutusunda 1 həftə ac-susuz qalan pişik 1600 kilometr

Dünya

29 Aprel 2024, 14:16

ABŞ-da bir pişik Yuta ştatındakı evindən təsadüfən girdiyi yük paketi ilə kilometrlərlə uzaqlıqdakı Kaliforniya ştatına gedib çıxıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Qaleana adlı pişik aprelin əvvəlində yoxa çıxdıqdan sonra genişmiqyaslı axtarış işlərinə başlanılıb.

 

Məlum olub ki, pişik heç kim fərqinə varmadan ailənin yük paketlərindən birinə girib. Təxminən bir həftə sonra o, "Amazon" işçisi tərəfindən xilas edilib. Günlərlə ac və susuz qalmasına baxmayaraq, pişiyin səhhəti yaxşıdır. Pişiyin sahibi Kerri Klark Yuta ştatındakı KSL telekanalına bildirib ki, onun pişiyi qutuları çox sevir.

 

"Amazon" işçisi pişiyi iş ayaqqabısı olan qutuda görüb. Daha sonra pişik baytar həkimə aparılıb. Pişiyin boynundakı mikroçipi sayəsində Kerri Klarkın əlaqə məlumatları əldə edilib. Pişiyə qulluq edən baytar həkim Klarkla əlaqə saxlayıb və vəziyyəti izah edib.

 

"Əvvəlcə baytara inanmadım. Bunun pis zarafat olduğunu düşündüm", - Klark deyib.

 

Klark və əri öz pişiyinə qovuşmaq üçün Yutadan Kaliforniyaya təxminən 1600 km uçub. Qaleananın onları gördükdən sonra hiss etdiyi xoşbəxtliyi dilə gətirən Klark bildirib: "Bizi görən kimi titrəməyi dayandırdı. Mən onu qucağıma alan kimi rahatladı. İnanılmaz bir görüş idi".

 

Qutunun bir tərəfindəki dəlik pişiyin nəfəs almasına şərait yaradıb. Hava şəraiti yaxşı olduğundan nə isti, nə də soyuq ona pis təsir etməyib. Klark pişik sahiblərinə “mikroçipləməyi unutmayın” tövsiyəsi edib və vurğulayıb ki, "Amazon" qutularını 3-4 dörd dəfə yoxlamaq lazımdır.

Bu xəbər ilə bağlı
Pişiklərin iştirakı ilə ilk mətbuat konfransı - FOTO
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov