Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi, eks-kəşfiyyat şefi Abdullah əs-Sənusi və sabiq baş nazir əl-Bağdadi əl-Mahmudi haqqında edam cəzası verilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəddafinin ikinci yoldaşından ən böyük oğlu olan Seyfülislam 2011-ci ilin noyabrında Nigerə qaçarkən tutulmuşdu.
43 yaşındakı Seyfülislam daxil olmaqla 9 nəfər şübhəli 2011-ci ildə Qəddafinin yaratdığı üsyan əsnasında döyüş cinayəti işlədikləri səbəbi ilə edama məhkum edilib.
Müəmmar Qəddafi 2011-ci ilin oktyabrında öldürülüb.
Sevinc YASİNQIZI