Modern.az

Obama baş nazirdən üzr istədi

Obama baş nazirdən üzr istədi

26 Avqust 2015, 12:22


ABŞ prezidenti Baraka Obama ölkəsinin xüsusi xidmət orqanlarının Yaponiya siyasətçilərini izləməsi ilə bağlı yaranan qalmaqala görə üzr istəyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Wikileaks”in açıqldığı son məlumatlarda bir çox yapon siyasətçisi, o cümlədən baş nazir Sintze Abenin amerikalıların nəzarəti altında olduğu bildirilirdi.

“Prezident Obama dedi ki, o çox təəssüflənir... xüsusən bu hadisənin Yaponiyada böyük rezonans doğurmasına görə”-deyə Sintze Abe mətbuata açıqlamasında deyib. O, ABŞ prezidentinin telefon danışığı zamanı ondan üzr istədiyin də diqqətə çatdırıb.   

Vüqar İsmayılov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov