Modern.az

Paris terrorunun təşkilatçısı məlum oldu

Paris terrorunun təşkilatçısı məlum oldu

Dünya

16 Noyabr 2015, 11:37


Parisdə törədilən silsilə terror aktlarının əsas təşkilatçısının kimliyi məlum olub.

Modern.az xəbər verir ki, Fransanın “RTL” radiosu hadisələrin arxasında “İslam dövləti”nin (İŞİD) rəhbər funksionerlərindən sayılan 27 yaşlı Əbdülhamid Abaudun durduğunu bildirib.

Radionun məlumatına görə, qruplaşmanın amansız üzvlərindən sayılan Abaud Parisdəki aksiyaların əsas sponsoru olub.  

Yanvarın 17-də Yunanıstanda 3 tərəfdarı ilə birlikdə həbs olunan terrorçu sonradan azadlığa buraxılaraq Suriyaya geri qayıdıb.     

Vüqar İsmayılov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov