Vyetnam və Çin arasında gərginlik yaranıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Vyetnam Xarici İşlər Nazirliyi Çin səfirinə etiraz notası təqdim edib.
Buna səbəb Çinə məxsus təyyarənin Cənub-Çin dənizində mübahisəli Spratli arxipelaqında yaradılan süni adada tikilmiş aerodromda eniş etməsi olub.
Qeyd edək ki, Çin, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan Cənub-Çin dənizindəki bir neçə ada ətrafında uzun müddətdir mübahisə aparırlar. Qeyd olunan regionda böyük karbohidrogen ehtiyatları aşkarlanıb.
Modern.az