Modern.az

Rəhbərin qızıl suyuna çəkilmiş nəhəng heykəli qoyuldu

Rəhbərin qızıl suyuna çəkilmiş nəhəng heykəli qoyuldu

Dünya

6 Yanvar 2016, 09:44

Çinin ucqar yerində - Tunsuy kəndində yerli sakinlər Mao Tsedunun qızıl suyuna çəkilən nəhəng heykəlinin ucaldılması üçün pul yığıblar. Modern.az xarici mediaya istinadən bildirir ki, sakinlərin fikrincə, Çin Xalq Respublikasının yaradıcısı və ilk liderinin şərəfinə ucaldılan heykəl  diqqətəlayiq olacaq və onların diyarına turistləri cəlb edəcək.

Betondan salınan özülün və qızılı suyuna çəkilən heykələ təxminən  500 milyon dollara yaxın pul xərclənib. Lakin hələlik kənd sakinlərinin səyləri geniş razılıqla qarşılanmayıb. Sosial şəbəkələrdə heykəlin bu formada ucaldılması istehzalara səbəb olub. Bir çoxları isə hesab edir ki, bu, Cin Xalq Respublikasının ilk sədrinə, ümumiyyətlə oxşamır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov