Modern.az

Davudoğlu Davosda Rusiyanı ittiham etdi

Davudoğlu Davosda Rusiyanı ittiham etdi

Dünya

21 Yanvar 2016, 15:55


Türkiyə baş naziri Əhməd Davudoğlu Davos forumunda çıxışı zamanı Rusiyanı tənqid edib.

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı Suriyada sülhün əldə olunması ilə bağlı danışıqlarda Moskvanın əngələ çevrildiyini deyib.

“Bəzi qüvvələr, o cümlədən Rusiya danışıqlar prosesinə “Xalq Özünümüdafiə Qüvvələri” təşkilatını qoşmaqla sülh prosesini pozurlar. Terror qruplaşmaları danışıqlar prosesinə qoşulmamalıdır”.  

Əhməd Davudoğlu Ankaranın PKK, İŞİD və ölkə ərazisində fəaliyyəti qadağan olunmuş digər terror təşkilatları arasında fərq qoymadığını deyib.  

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi