Modern.az

Bir ayda 167 ZƏHƏRLƏNMƏ - Ölən var

Bir ayda 167 ZƏHƏRLƏNMƏ - Ölən var

2 Fevral 2022, 10:00

Kliniki Tibbi Mərkəzə yanvar ayı ərzində zəhərlənmə faktı ilə bağlı 167 nəfər qəbul olunub.

 

Mərkəzin Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxanaya yerləşdirilənlərdən 18-i sirkə turşusundan, 9-u allergiya səbəbindən, 67-si dərmandan, 5-i qidadan, 44-ü dəm qazından, 13-ü spirtli içkidən zəhərlənib.

 

Rəsmi məlumata görə, qəbul olunanların 11-i anafilaktik şok keçirib:

 

"Həkimlərin səyləri nəticəsində 167 nəfərdən 166-sı sağlamlığına qovuşub, 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var