Modern.az

Tərtərdə minaya düşənlərdən ikisi qonşu olublar...

Tərtərdə minaya düşənlərdən ikisi qonşu olublar...

29 Aprel 2023, 09:33

Xəbər verdiyimiz kimi, dünən Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb. Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həyatlarını itiriblər.

 

Modern.az-ın məlumatına görə, hadisə zamanı həlak olan Səxavət Gözəlov və Nadir Yusifov qonşu olublar. 

 

Səxavət Gözəlovun 2 oğlu, Nadir Yusifovun 1 qızı və 1 oğlu olub. S.Gözəlovun həyat yoldaşı illərdir xəstəlikdən əziyyət çəkir.

 

Onların hər ikisi Füzuli rayonu Əhmədalılar kəndindəndir. Səxavət Gözəlov və Nadir Yusifovun bu yaxınlarda “RPS Energy Ltd.” şirkətində işə başladıqları bildirilir.

 

Həlak olan şəxslər Füzuli rayonunda dəfn olunacaqlar.

 

Qeyd edək ki, faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov