Modern.az

Kürdəmirdə çoban özünü tüfənglə vurdu

Kürdəmirdə çoban özünü tüfənglə vurdu

26 May 2023, 11:46

Kürdəmirdə çoban işlədiyi fermada özünə tüfənglə xəsarət yetirib.

 

Modern.az xəbər ki, hadisə rayon ərazisində yerləşən fermalardan birində baş verib.

 

Məlumata görə, fermada çoban işləyən Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılov Vidadi Qasıməli oğlu əlindəki tüfənglə ehtiyatsız davranıb. Tüfəngin əlində açılması nəticəsində o, ayaq nahiyəsindən xəsarət alıb.

 

Ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı