Modern.az

Lökbatanda İran vətəndaşı yük maşını ilə piyadanı vuraraq öldürdü

Lökbatanda İran vətəndaşı yük maşını ilə piyadanı vuraraq öldürdü

Hadisə

16 Aprel 2024, 09:52

Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karvansaray” Ticarət Mərkəzinin həyətində İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Afrooz Mansoor Aziz oğlu idarə etdiyi “DAF XF480FT” markalı yük avtomobili hərəkətdə olarkən avtomobilin sağ tərəfindən sol tərəfinə keçən piyada 1985-ci il təvəllüdlü Oruclu Sahib Alıxan oğlunu vurub.

 

Nəticədə Oruclu Sahib Alıxan oğlu hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!