Modern.az

Ağcabədidə 32 yaşlı kişi qardaşı arvadını ÖLDÜRDÜ

Ağcabədidə 32 yaşlı kişi qardaşı arvadını ÖLDÜRDÜ

Hadisə

2 May 2024, 15:40

Ağcabədidə qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Ağcabədi rayon prokurorluğunun məlumatında deyilir.

 

Xəbərə görə, mayın 2-də Ağcabədi rayon sakini 1990-cı il təvəllüdlü Nəzmiyyə Məhərrəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Elgiz Məhərrəmovun rayonun Sarıcalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elgiz Məhərrəmov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda ibtidai istintaq davam edir.

****

Mayın 2-də saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində 1991-ci il təvəllüdlü Məhərrəmova Nəzmiyyə Vitalif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qohumu (qaynı) 1992-ci il təvəllüdlü Məhərrəmov Elgiz Sərhad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi