Modern.az

Gəncədə məktəbli bıçaqlandı - Şübhəli TUTULDU 

Gəncədə məktəbli bıçaqlandı - Şübhəli TUTULDU 

Hadisə

2 May 2024, 21:15

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbin şagirdi olan oğlan bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Onun sözlərinə görə, keçirilmiş tədbirlərlə R. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev olması müəyyən edilib.

 

Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, hadisə məktəbdən kənar, saat 15:00 radələrində baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi