Modern.az

Latviya–İsrail matçı azərbaycanlı hakimə tapşırıldı

Latviya–İsrail matçı azərbaycanlı hakimə tapşırıldı

İdman

22 Mart 2023, 13:26

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

 

Modern.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda altıncı qrupun üçüncü turunda Latviya-İsrail matçını idarə edəcək.

 

E.Məsiyevə Pərvin Talıbov və polşalı Mixal Sobçak yan xətt hakimləri qismində kömək göstərəcəklər.

 

Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi