İngiltərə Premyer Liqasının XII turunda Londonun "Arsenal" komandası "Mançester Siti" ilə heç-heçə edib.
Modern.az-ın məlumatına görə, Londondakı "Emirates" stadionunda keçirilən matç 2:2 hesabı ilə başa çatıb.
Hesabı 35-ci dəqiqədə Erlinq Holann açıb, Kay Havertz beş dəqiqə sonra hesabı bərabərləşdirib. Enzo Fernandes 48-ci dəqiqədə yenidən "şəhərlilər"ə hesabda üstünlük qazandırıb, Yurrien Timber 83-cü dəqiqədə hesabı 2:2 edib.
"Arsenal" bu oyundan sonra 29 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir, "Mançester Siti" 23 xalla ikinci yerdədir.