Panamalı futbolçu Azərbaycan klubu ilə müqavilə imzaladı

Panamalı futbolçu Azərbaycan klubu ilə müqavilə imzaladı

22 Mart 2023, 16:04

"Turan Tovuz" klubu heyətinə yeni futbolçu cəlb edib.

 

Modern.az kluba istinadla xəbər verir ki, "Turan Tovuz" panamalı Roderik Millerlə anlaşıb.

 

Otuz yaşlı müdafiəçi ilə 3 ay, + 1 il müddətində rəsmi müqavilə bağlanıb.

 

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, sözləşmənin növbəti birillik hissəsi qüvvəyə minəcək.

 

Panamanın “San Fransisko” klubunun yetirməsi olan R.Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.

Müdafiəçi Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur