Modern.az

İsveç - Azərbaycan oyununu qadın referi idarə edəcək

İsveç - Azərbaycan oyununu qadın referi idarə edəcək

İdman

24 Mart 2023, 13:04

İsveç və Azərbaycan milli komandaları arasında Solna şəhərində keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.

 

Modern.az xəbər verir ki, qarşılaşma Fransadan olan qadın hakimə tapşırılıb.

 

Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.

 

Qeyd edək ki, martın 27-də "Friends Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı