Modern.az

Avroliqada 1/4 final mərhələsinə start verilir

Avroliqada 1/4 final mərhələsinə start verilir

İdman

11 Aprel 2024, 10:14

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ı 1/8 finalda mübarizədən kənarlaşdıran "Bayer 04" klubu Leverkuzendə "Vest Hem"i sınağa çəkəcək.

 

İtaliyada yerli “Milan” ilə “Roma” münasibətləri aydınlaşdıracaqlar. “Liverpul” doğma meydanda “Atalanta”nı sınağa çəkəcəksə, "Marsel" Portuqaliyada "Benfika”nın qonağı olacaq.

 

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar


11 aprel
23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya)
23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)
23:00. “Bayer 04” (Almaniya) – “Vest Hem” (İngiltərə)
23:00. “Benfika” (Portuqaliya) – “Marsel” (Fransa)

 

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü