Modern.az

Azərbaycanlı biznesmenin şirkəti: Rusiya buna görə hər gün 150 milyon dollar itirəcək

Azərbaycanlı biznesmenin şirkəti: Rusiya buna görə hər gün 150 milyon dollar itirəcək

7 Mart 2020, 09:29

Rusiyanın “Lukoyl” şirkətinin səhmdarlarından olan Leonid Fedun Ruiyanın OPEK-lə neft hasilatının azaldılması barədə razılaşmasını pozmasını faciə adlandırıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bu hadisədən şoka düşdüyünü açıqlayıb.

“Bu ağılsız, gözlənilməz qərardır. Rusiya bu qərarı ilə sutka ərzində 100 ilə 150 milyon dollar arasında pul itirəcək”-deyə iş adamı deyib.

 

O bunu neft qiymətlərinin 40-60 dollar diapazonuna düşməsinə görə bunun baş verəcəyini söyləyib. Fedunun fikrincə, Rusiuya şirkətləri hasilatı 2-3% artırsa belə, bu razılşamanın pozulmasına göərə ucuzlaşan neft qiymətlərinin fərqini kompensasiya edə bilməyəcək.

 

Xatıreladaq ki, “Lukoyl” şirkəti əslən Azərbaycandan olan iş adamı Vahid Ələkəbərova məxsusdur. O, şirkətin 80% səhminə sahibdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı