Modern.az

Azərbaycana gətirilən maşınların sayı azalıb, qiymət isə artıb...

Azərbaycana gətirilən maşınların sayı azalıb, qiymət isə artıb...

İqtisadiyyat

19 Mart 2024, 12:40

Azərbaycana 2024-cü ilin ilk iki ayında 13 299 avtomobil gətirilib.

 

Modern.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bunların 12023 ədədi minik maşını, qalanı yük maşını, avtobus və xüsusi təyinatlı avtomobillər olub.

 

Yanvar-fevral aylarında Azərbaycana gətirilən minik maşınlarının ümumi dəyəri 218 milyon dollar olub. Beləliklə, ölkəmizə gətirilən minik maşınlarının bir ədədinin orta qiyməti 18 min dollar olub. 

 

Ötən ilin ilk iki ayı ilə müqayisədə  Azərbaycana gətirilən minik maşınlarının sayı azalsa da, qiymətlər artıb. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında ölkəmizə 12 951 ədəd minik maşını gətirilib, bir maşının orta qiyməti 13500 dollar olub. Güman edilir ki, maşınların orta qiymətinin artması istehsal müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulması ilə əlaqədardır.

 

Hirbid və elektrik mühərrikli avtomobillərin idxalında da ciddi artım qeydə alınıb. Keçən ilin ilk iki ayında Azərbaycana 1 815 hibrid, 222 elektrik mühərrikli avtomobil gətirilibsə, 2024-cü ilin eyni dövründə bu rəqəmlər müvafiq olaraq 2 571 və 541 olub. 

 

Ölkəmizə gətirilən hibrid maşınlarının birinin orta qiyməti 2023-cü ildə 20.8 min dollar olubsa, bu il 32 min dollar olub.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü