Modern.az

Müharibə dövründə ən çox baxılan telekanal hansı oldu...

Müharibə dövründə ən çox baxılan telekanal hansı oldu...

Media

22 Dekabr 2020, 12:58

“44 günlük müharibə dövründə televiziyalar əhalinin əsas informasiya mənbəyi kimi çıxış edib. 90,4 faiz insan informasiyanı TV-lərdən alıb”.


Modern.az-ın məlumatına görə, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bu gün keçirilən brifinqdə deyib.

O, TV-lərin 44 günlük reytinqini açıqlayıb:

“Ən çox baxılan TV kanalı 62,6 faizlə Azərbaycan Televiziyasıdır (AzTV). İkinci yerdə ATV dayanır – 60,2 faiz. Xəzər TV 59,8 faizlə üçüncü yerdə qərarlaşıb.

Bu dövrdə televiziya kanallarının əksəriyyəti – həm AzTV, həm ATV və digərləri cəbhə bölgələrindən birbaşa bağlantılar edirdi, əməkdaşları özlərini təhlükəyə ataraq əhalini və dünyanı informasiya ilə təmin etməkdə idilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı