Modern.az

anspress.com fəaliyyətini dayandırıb

anspress.com fəaliyyətini dayandırıb

19 İyul 2016, 00:43

ANS Şirkətlər Qrupuna daxil olan anspress.com xəbər saytı fəaliyyətini dayandırıb. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, ANS telekanalının yayımının dayandırılması ilə bağlı rəsmi qərar çıxandan sonra anspress.com-a giriş mümkünsüz olub.

 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prokurorluğunun müraciətini nəzərə alaraq, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov