Modern.az

Sarkisyan Yeravandakı qiyam BARƏDƏ ...

Sarkisyan Yeravandakı qiyam BARƏDƏ ...

Aktual

22 İyul 2016, 15:25

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Təhlükəsizlik Şurasının üzvləri və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə iclas keçirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclas Yerevanda post-patrul polisinin binasını ələ keçirilməsi ilə nəticələnən hadisəyə həsr olunub.

 

“Biz əlimizdən gələni etməliyik ki, bu cür hallar təkrar olunmasın və hər şey sülh yolu ilə həll olunsun. Ermənistanda heç bir məsələ güc, girovların götürülməsi və s. ilə həll olunmayacaq. Patrul alayının binasını ələ keçirən şəxslərdən təslim olmağı, silahı yerə qoymağı və girovları azad etməyə çağırıram”.

 

Sarkisyan güc strukturlarını hər an aktiv əməliyyatlara hazır olmağa çağırıb.

 

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü