Modern.az

2 türk general Dubayda həbs olundu      

2 türk general Dubayda həbs olundu      

26 İyul 2016, 12:09

Türkiyə daxilində və xaricdə Fətullahçılarla əlaqədə olmaqda şübhəli bilinənlərin həbsi davam edir.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hərbi çevrilişə cəhddə şübhəli bilinən iki türk general bu gecə Xarici İşlər Nazirliyinin (XİN) və Milli İstihbarat Təşkilatının (MİT) birgə yaradılmış operativ əməliyyat qrupu tərəfindən  Dubay Hava limanında tutulublar.

 

Həbs edilən generallar Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrinin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuçdur.

 

Ali rütbəli zabitlər Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Dubayda gizlənmək qərarına gəliblər.

Onlar bu sabah ekstradisiya yolu ilə Türkiyəyə təhvil veriliblər.

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!