Modern.az

Ukraynanın daxili işlər nazirinə cinayət işi açılıb

Ukraynanın daxili işlər nazirinə cinayət işi açılıb

Aktual

14 Sentyabr 2016, 09:44

Ukraynanın milliyyətcə erməni olan daxili işlər naziri Arsen Avakova qarşı cinayət işi açılıb.

Modern.az-ın xarici Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib.

Baş Prokurorluqda DİN rəhbərinə qarşı cinayət işinin başlanması barədə qərar Korrupsiya ilə Mübarizə Mərkəzinin rəhbəri Vitali Şabuninin müraciətindən sonra verilib. 

“Mən cənab Şabunindən də daxil olmaqla, hər gün onlarla insandan məktub alıram. daxili işlər naziri Avakova qarşı cinayət işi başlanılıb, çünki qanun qarşısında hamı birdir”, - deyə Lutsenko bildirib. 

O deyib ki, Baş Prokurorluğa ünvanlanan müraciətlərin hamısı eyni prosessual statusa malikdirlər. 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü