Modern.az

Əhmədinejatın prezident seçkilərində iştirakı qadağan olundu

Əhmədinejatın prezident seçkilərində iştirakı qadağan olundu

Dünya

26 Sentyabr 2016, 16:39

İran İslam Respublikasının ali dini lideri Əli Xameneyi Mahmud Əhmədinejata 3 dəfə prezidentliyə namizədliyini irəli sürməsini qadağan edib.

 

Modern.az İran  KİV-nə istinadən xəbər verir ki, bu barədə ayətullah Əli Xameneyi şəxsən danışıb.

 

“O, məsləhət üçün yanıma gəldi və mən ona seçkilərə getməməyi məsləhət bildim. Bu nə onun, nə də ki, İran xalqının maraqlarındadır. O, cəmiyyəti parçalayacaq və hamımıza ciddi zərər verəcək”.

 

Ekspertlərin fikrincə, dini liderin bu qərarı hazırki dövlət başçısı Həsən Ruhaninin 2-ci müddətə prezident seçilməsi şanslarını əhəmiyyətli dərəcədə artıracaq.

 

 

 Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!