Modern.az

Qadın tutuquşundan ərinin ona xəyanət etdiyini öyrənib

Qadın tutuquşundan ərinin ona xəyanət etdiyini öyrənib

26 Oktyabr 2016, 21:03

Küveytdə qadın ərinin ona xəyanət etdiyini ev işçisi kimi danışan tutuquşudan öyrənib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan qadın ev quşundan seksual yaxınlıq çağırışı edən fikirlər eşidib. Əri isə heç vaxt ona belə sözlər deməyib. Ona görə qadın belə qərara gəlib ki, kişi bu formada evində işləyən qulluqçuya müraciət edib.

 

Küveytdə ərlə-arvadın xəyanəti cinayət hesab olunur. Tutuquşunun sözləri hüquq-mühafizə orqanlarının əməkdaşları üçün dəlil olub. Ancaq iş üzrə məhkəmə araşdırması zamanı quşun ifadəsindən istifadə etmək mümkün olmayıb. Nəticədə kişi həbsxanaya göndərilməkdən canını qurtarıb.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü